!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Gürcüstan sərhədində mütəşəkkil dəstə zərərsizləşdirilib

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.

DSX-nın Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, 15.12.2017-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı – 1993-cü il təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü Shukla Yash Jitendrakumar saxlanılıb.

Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş taksi sürücüsü və bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçirilməsinə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyənləşdirilərək yaxalanıb.

Bununla yanaşı, 17.12.2017-ci il tarixdə Ağstafa rayonu «Böyük-Kəsik» sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindistan vətəndaşı, 1995-ci il təvəllüdlü Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər Hindistan vətəndaşına məxsus pasportlar aşkar olunub. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyənləşdirilib.

Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

1944
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv