!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan hansını seçməlidir: Rusiya yoxsa Dünya? – Şərh

!Reklam – Yazi

12180157_10206763689283585_175828979_nNatiq Cəfərli: “Nazir müavininin bu bəyanatını iqtisadi deyil, siyasi bəyanat kimi qiymətləndirmək lazımdır”

Rusiyada səfərdə olan Azərbaycan sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova yerli jurnalistlərə açıqlamasında ölkəmizin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmasının mümkünlüyündən danışıb:

“Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli nazir müavininin sözügedən açıqlamasının ancaq siyasi bəyanat xarakteri daşıdığını diqqətə çatdırdı: “Azərbaycanın ticarət partnyorlarına və idxal, ixrac əməliyyatlarına baxdıqda görürük ki, ölkəmizin əsas iqtisadi əlaqələri Avropa Birliyi ölkələri, habelə son dövrlər müəyyəm dərəcədə Sinqapur, Malaziya, Çin kimi Asiya dövlətləri ilədir. Avrasiya İttifaqına daxil olan ölkələrlə ticarət dövriyyəmiz isə xeyli dərəcədə azdır. Bu istiqamətdə ilk onluğa daxil olan ölkələrin çoxu Avropada yerləşir. Azərbaycanın enerji müqavilələri də Qərb şirkətlərilə bağlanıb. Bütün bunları nəzərə alaraq, Sənaye və İqtisadiyyat Nazirliyi nümayəndəsinin ölkəmizin Aİİ-yə üzvlüyünün mümkünlüyündən danışmasının özü qəribədir. Burada söhbət sadəcə iqtisadi deyil, siyasi bəyanatdan gedir. Ölkəmizdəki məmurlar Rusiyanın qulağına xoş gəlsin deyə və yaxud Qərbin son zamanlar sərgilədiyi tənqidi münasibətə cavab olaraq belə bəyanatlar səsləndirirlər. İqtisadi anlamda Azərbaycan Aİİ-yə daxil olmaqla hər hansı ciddi bir divident əldə edəcəyini söyləmək çətindir. Azərbaycan belə ittifaq və yaxud birliklərə meyllidirsə, 1997-ci ildən bəri Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün danışıqlar aparır, onda nədən həmin quruma üzv olmur. Ölkəmiz iqtisadi qurumlara üzv olmaq istəyirsə, ilk növbədə məhz ÜTT-yə üzv olmalıdır. Amma Azərbaycan regionda yeganə ölkədir ki, ÜTT-yə üzv olmaqdan israrla boyun qaçırır. Çünki, həmin ticarət təşkilatına üzvlük Azərbaycanda gömrük və vergi qanunları üzrə oyun qaydalarının yenilənməsi, daha sivil hal almasına səbəb olardı. Ona görə də nazir müavininin bu bəyanatını iqtisadi deyil, siyasi bəyanat kimi qiymətləndirmək lazımdır”.

ELÇİN

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv