!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan hökuməti böhrandan çıxmaq üçün nə etməlidir? – ÇIXIŞ YOLLARI

!Reklam – Yazi

dollarmanatesas71 “Ölkə iqtisadiyyatı üçün çətin olan hazırkı dövrdə problemlərdən çıxmağın yollarını aramaq və bu istiqamətdə real addımlar atmaq üçün iqtisadi məsələlərlə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri və hökumət üzvlərinin birgə iştirakı ilə forum keçirilməsinə ciddi ehtiyac vardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli söylədi: “Belə bir foruma əvvəlcədən hazırlaşmaq lazımdır. Vətəndaş cəmiyyəti nümayəndələrinin üzvlərinə iqtisadi sahədə yaşanan problemlərdən çıxmaq üçün hətta öz təkliflərinin hazırlanması barədə dəvətlər olmalıdır. Belə bir forumun nəticəsi olaraq mövcud real durumdan çıxış yollarının tapılması ortalıqda olmalıdır. Hesab edirəm ki, hökumət Azərbaycanın bu günkü iqtisadi intelekt potensialından istifadə edilməlidir. Hazırda ölkədə iqtisadi sahədə intelektual potensiala malik  kifayət qədər mütəxəssis və həmin sahə üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Hökumət yaranmış böhrandan çıxmaq üçün səmimi təkliflər qəbul etməyə hazırdırsa, buna siyasi iradəsi varsa, yaranmış durumun həllində vətəndaş cəmiyyəti üzvləri, tanınmış iqtisadçı ekspertlər hökumətə kömək əlini uzada bilər. Hələlik heç də hər şey itirilməyib. İstənilən böhrandan çıxış yolu var. Sadəcə olaraq çıxış yolunu görən insanlarla təmasda olmaq lazımdır. Demokratik cəmiyyətlər ona görə inkişaf edir ki, burada hərəkətverici qüvvə qismində cəmiyyətdən gələn ideyalara qucaq açmaq ön planda dayanır. Bu ideyaları təhlil edir və lazım gələni iqtisadiyyatın dirçəldilməsi istiqamətində tətbiq edirlər. Ona görə də hökumət rəsmiləri ölkənin tanınmış müstəqil iqtisadçı ekspertləri, bu sahə üzrə ixtisaslaşan vətəndaş cəmiyyətlərinin iştirakı ilə dəyirmi masa təşkil edib, burada səslənən fikirlərdən istifadə etməklə, böhrandan real çıxış yolları aramalıdır. Hökumət belə bir addıma getsə, düşünürəm ki, uduzmaz”.

ELÇİN

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv