!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan idmançısı Rusiyada keçirilən yarışda qalib gəlib

!Reklam – Yazi

Rusiyada MMA üzrə keçirilən “Fights Night Global 59” əlbəyaxa döyüşündə Azərbaycan idmançısı qalib gəlib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, Moskva vilayətinin Ximki şəhərində yerləşən arenada keçirilən döyüşdə rinqə çıxan azərbaycanlı idmançı, Qəbələ İdman Klubunun üzvü, MMA üzrə dünya və Asiya çempionu Nəriman Abbasov rusiyalı rəqibi Artur Zaynukovla qarşılaşıb.

Üç raundan ibarət görüşdə Qəbələ İdman klubunun üzvü Nəriman Abbasov rinqdə rusiyalı idmançını tam xal üstünlüyü ilə məğlub edərək yarışın qalibi olub.

Nəriman Abbasov APA-nın Moskva müxbirinə açıqlamasında döyüşün çox ağır keçdiyini bildirib: “Bu görüş mənim üçün çox önəmli idi. Tam xal üstünlüyü ilə qələbə qazandım. Bu görüşdə qələbə qazanmağım mənim bundan sonra titullu görüşlərdə iştirakıma yol açdı. İlk öncə məşqçim, Şəhriyar Abbasova, komandamızın kapitanı Bəxtiyar Abbasova təşəkkürümü bildirmək istəyirəm”.

N. Abbasov Qəbələ İdman Klubunun prezidenti Tale Heydərova onlara verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Yeniçağ.Az

www.yenicag.az

888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv