!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq əlaqələri genişlənir

!Reklam – Yazi

emekdasliqAzərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yeniçağ.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilməsi barədə ətraflı məlumat verilib.

Bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə toxunan Z.Həsənov vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi roblemdir.

Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq nəticəsində müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan nazir qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın nəqliyyat komandanı ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığa dair digər məsələlər də müzakirə olunub.

Yeniçağ.az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv