www.sinerjipro.net

SinerjiProWide
Reklam

143748702augn4Prezident İlham Əliyev oktyabrın 23-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Vitse-prezident Siril Müller 1999-cu ildə Dünya Bankı nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdiyini və Heydər Əliyevlə keçirdikləri görüşü məmnunluqla xatırlayıb. O, iki il bundan əvvəl ölkəyə səfəri zamanı Azərbaycanın inanılmaz dərəcədə inkişaf etməsinin şahidi olduğunu vurğulayaraq respublikanın son illər çox böyük uğurlar qazandığını deyib. S. Müller Azərbaycanın gələcəkdə də çox firavan bir ölkə olacağına əminliyini bildirib.

Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin bundan sonra yeni formatda davam etdiriləcəyini deyən prezident İlham Əliyev müstəqilliyin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu söyləyib. O, sonrakı illərdə ölkədə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü şəkildə istifadə olunmaqla infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Azərbaycanın hazırda inkişafın yeni mərhələsində olduğunu vurğulayan prezident bu mərhələdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılmasının və sahibkarlığın stimullaşdırılmasının vacibliyinə diqqət çəkib.

İqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyini bildirən prezident İlham Əliyev hazırda Ümumi Daxili Məhsulun 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü deyib. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu nəzərə çatdıran dövlət başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirib ki, asan olmasa da, növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb(Azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."