!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan jurnalistləri beynəlxalq seminarda Xocalı Soyqırımını gündəmə gətirdilər – FOTO-VİDEO

!Reklam – Yazi

IMG_0435
TRT-nin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən, bu il 7-14 dekabr tarixləri arasında 3-cü dəfə tǝşkil edilǝn Beynəlxalq Media Seminarına 47 ölkədən 115 jurnalist gəlib.

Seminarda Azərbaycan heyəti də iştirak edir. Yenicag.az xəbər verir ki, Azərbaycan heyəti ilk gündən seminar prossesində aktivliyi ilə seçilib.

Nümayəndə heyətinə “Lider” Telekanalının Xəbər Departamentinin rəis müavini Günel Gözəlova, “ATV XƏBƏR”in redaktoru Aygün Nurəddinova, İctimai Televiziyanın redaktoru İsmayıl Cəbiyev, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə, “Yenicag.az” Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər, TRT-nin Bakı təmsilçiliyinin əməkdaşı İlkin Umudov, “Mövqe” qəzetinin müxbiri Nihat Hüseynzadə daxildir.

Nümayəndə heyəti üzvləri Günel Gözəlova və Zülfüqar Hüseynzadə “TRT AVAZ” telekanalının “Dünya Bülleteni” proqramının qonağı olublar.

Heyət üzvləri seminar gedişatında da Azərbaycan həqiqətləri və ölkəmizin taleyüklü problemlərini dünyanın 47 ölkəsindən gələn jurnalistlərin diqqətinə çatdırırlar. Dünən isə heyət üzvü İsmayıl Cəbiyev “Diplomatiya və Siyasət” seminarında çıxış edərək, Xocalı soyqırımı ilə bağlı dünya mediasının ikili yanaşmasını tənqid edib.

Qeyd edək ki, seminar dekabr ayının 14-ə qədər davam edəcək.

IMG_0409
IMG_0397IMG_0376IMG_0430 IMG_0380 IMG_0385   IMG_0435 IMG_0383 IMG_0385

12348359_10206990535194591_589585280_n

 

https://www.youtube.com/watch?v=PazwE1tB21A

https://www.youtube.com/watch?v=HCVhmP58yQY

https://www.youtube.com/watch?v=n4B9nBCZIIo

 

Yenicag.az

 

www.yenicag.az

1137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv