Ads by Google

hightechnic
Ads by Google

Aktrisa Pərvin Abıyevanın türkiyəli müğənni Rafet El Romanla bağlı sualı cavablandırarkən azərbaycanlı kişiləri “kobud” və “köhnəfikirli” adlandırması birmənalı qarşılanmayıb.

Onun bu fikri sosial şəbəkədə birmənalı qarşılanmayıb və aktrisa tənqidlərə tuş gəlib. Tənqidlərə cavab verən Pərvin isə yaxşı elədiyini və bir daha sözünün üstündə durduğunu bildirib.

Lakin Pərvin Abıyevayanın həmkarı Tunay Əliyeva onun bu fikri ilə razılaşmayaraq, aktrisanı tənqid edib.

Yenicag.az-a açıqlama verən Tunay, azərbaycanlı kişiləri müdafiə etməklə yanaşı, Pərvinin fikirlərinə etirazını bildirib:

“Bizim kişilər 500-1000 manatlıq qadına qarşı kobuddursa, romantik deyillərsə, bu, sadəcə Azərbaycan üçün fəxrdir. Pərvin bundan təəccüblənməməlidir. Pərvin və onun kimiləri kobud davranışa layiqdirlər. Yəqin ki, o, Azərbaycan və Türkiyə kişilərini yoxladıqdan sonra belə qənaətə gəlib. Azərbaycan kişiləri Pərvinə “Porsche” alanda, axırı da belə olmalı idi”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21199
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.