!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Kubokunda yarımfinalçılar məlum oldu

!Reklam – Yazi

cc576a279ed1d69fa7efcc137d2c389aBu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Yenicag.az-ın məlumatına görə, ilk oyunda səfərdə “İnter”ə 2:0 hesabı ilə məğlub olan “Kəpəz” Gəncədə də paytaxt təmsilçisi ilə bacara bilməyib – 0:0.

“Sumqayıt”ın qonağı olan “Qarabağ” bu dəfə də rəqibini böyük hesabla məğlub edib – 5:2 (ilk oyun 6:0).

AZAL isə “Qəbələ”ni qəbul edib. Oyunda yeganə qolu 53-cü dəqiqədə Asif Məmmədov vurub. Doğma meydanda da “təyyarəçilər”i məğlub edən (2:1) region təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

İlk oyunda “Zirə”yə 3:0 hesabı ilə qalib gələn “Neftçi” cavab görüşündə məğlub olsa da, yarımfinala yüksəlib – 1:2.

İlk və cavab oyunlarının ümumi nəticəsinə əsasən yarımfinal cütlükləri:

“Neftçi” – “Qarabağ”
“İnter” – “Qəbələ”

Azərbaycan Kubokunda ½ final mərhələsinin ilk oyunları 30 mart, cavab görüşləri isə 5 aprel tarixində keçiriləcək.

Yenicag.az

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv