www.sinerjipro.net

SinerjiProWide
Reklam

Oyunun gündüz saatlarına salınması stadionda süni işıqlandırma sisteminin müasir tələblərə cavab verməməsi ilə əlaqədardır

Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Qəbələ” komandaları arasında keçiriləcək final matçının başlama saatı müəyyənləşib.

Peşəkar Futbol Liqasından (PFL) “Report”a verilən məlumata görə, mayın 5-də Naxçıvan Muxtar Respublikası stadionunda təşkil olunacaq qarşılaşmanın start fiti saat 16:00-da çalınacaq. Rəsmi qərarın bu gün açıqlanacağı gözlənilir.

Oyunun gündüz saatlarına salınması stadionda süni işıqlandırma sisteminin müasir tələblərə cavab verməməsi ilə əlaqədardır. Oyunun vaxtı təyin edilərkən, əlavə vaxt və penalti seriyası ehtimalı da nəzərə alınıb.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 4-cü dəfə Azərbaycan Premyer Liqasının qalibi olub. “Qəbələ” isə gümüş medalları faktiki təmin edib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.