Azərbaycan məşhurlarının əşyaları hansı qiymətə satılır?

Azərbaycan məşhurlarının əşyaları hansı qiymətə satılır?

Müəllif: Redaktor

Baş Redaktor

images (1)Tanınmış insanın paltarını geyinmək göründüyündən daha asandır. Məsələn, Sovde.az elanlar səhifəsində Azərbaycanın tanınmış insanlarının sosial layihə çərçivəsində satışa çıxardıqları şəxsi əşyalarını tapmaq olar.

Roza Zərgərlinin “Atəş” klipindən donunu pərəstişkarları 1000 manata ala bilər. Modelyer Zülfiyyə Sultanın hazırladığı və Əhməd Mustafayevin konsertində geyindiyi gödəkçəni 500 manata almaq olar.

Məşhur televiziya aparıcısı Lalə Əlimuxtarovanın ziyafət paltarını arzusunda olanlar 500 manata, müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) konsert libasını isə 1200 manata ala bilər.

Sosial layihədə həmçinin özünün “Televiziya” adlı kitabını satan televiziya aparıcısı Elçin Əlibəyli, eləcə də D&G firmasının istehsal etdiyi şalvarını satışa çıxaran müxbir İsa Şükürov iştirak edib. Hər iki əşya 50 manata satılır.

Məşhurların əldə etdiyi bütün vəsait Sovde.az-dan sosial layihə çərçivəsində xeyriyyəçiliyə yönəldiləcək.

Maqazin, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti