denissAzərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə, yəni bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V Vergi Forumunda deyib.

Onun sözlərinə görə, 2016-cı ilin I rübündə Azərbaycanın milli ödəniş sisteminin yaradılması üzrə işlə başa çatacaq.

V.Qurbanlı əlavə edib ki, bu il bankın təqdim etdiyi avtomatlaşdırılmış iş yerləri yeni platformalara keçiriləcək: “Tənzimləyici nazirlik yanında mərkəzləşdirilmiş informasiya bazası yaradıb. Bəzi təhsil müəssisələrinə isə avtomatlaşdırılmış iş yerləri təqdim edib”.

O, diqqətə çatdırıb ki, hazırda Vergilər Nazirliyi ilə birlikdə “Expressbank” və “Kapital Bank” tərəfindən terminalların quraşdırılması üzrə plan hazırlanır, həmin terminalların köməkliyi ilə vergiləri ödəmək mümkün olacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."