www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan milli komandasının və Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Ramil Şeydayev karyerasını Slovakiya çempionatında davam etdirəcək.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu “Jilina”ya 1.5 illik icarəyə verilib.

Ötən gün komanda yoldaşları ilə vidalaşan Şeydayev bu gün Trabzonu tərk edəcək.

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”la 2016-cı ilin yayında 4 illik müqavilə bağlayıb. Lakin o, Türkiyə Super Liqasında 1, ölkə kubokunda 2 oyuna çıxıb. Bu oyunlarda üst-üstə 88 dəqiqə meydanda olan Şeydayev cəmi 1 qol vurub. Hazırda “Jilina” Fortuna Liqa adlanan Slovakiya çempionatında 17 turdan sonra 44 xalla liderdir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.