!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan müstəqillik salnaməsi” SƏS TV

!Reklam – Yazi

siaphoto_565241Bu gün Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyət yardımı ilə “Azərbaycan müstəqillik səlnaməsi” mövzusunda Belarusiyada ictimai tədbirlərin təşkili layihəsinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Beynəlxalq Diaspora mərkəzinin rəhbəri İsmayıl Ağayev, Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini, Dünya Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Samir Adıgözəlli, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov və digər rəsmi şəxslər, KİV nümayəndələri iştirak edib.

Əvvəlcə tədbirdə “Azərbaycan müstəqillik səlnaməsi” mövzusunda videoçarx nümayiş etdirilib.

Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini, Dünya Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Samir Adıgözəlli çıxış edərək deyib ki, layihə Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar olaraq Belarusiyanın Qrodno və Baranoviç şəhərlərində bir sıra tədbirlərin, kofrans və fotosərgilərin təşkil edilməsindən bəhs edir: “Mərkəzimiz tərəfindən Azərbaycan dövlət müstəqilliyi hər il dünyanın bir sıra ölkələrində (Türkiyə, Rusiya, Qazaxıstan, Belarusiya, Almaniya, Avstriya, Çexiya, Polşa) müxtəlif tədbirlərlə qeyd olunur. Layihə çərçivəsində “İşğal və terrora qarşı regional əməkdaşlıq” beynəlxalq konfransın keçirilməsi, “Can Azərbaycan” adlı kiçik konsert proqramının təşkili, “Azərbaycan müstəqillik səlnaməsi” adlı fotosərginin nümayiş olunması, “Azərbaycan müstəqillik salnaməsi” adlı sənədli filmin (rus dilind) hazırlanması, rus dilində bukletlərin hazırlanması, Azərbaycanı tərənnüm edən müxtəlif (papaq, köynək, fincan və digər) hədiyyəlik əşyaların hazırlanması nəzərdə tutulub”.

Beynəlxalq Diaspora mərkəzinin rəhbəri İsmayıl Ağayev isə bildirib ki, layihənin məqsədi müstəqillik tariximiz haqqında Belarusiyada, həmçinin beynəlxalq ictimaiyyət arasında təfsilatı ilə məlumatların çatdırılmasıdır: “Həmçinin Azərbaycanın müstəqillik əldə edilməsində xalqımızın apardığı istiqlaliyyət mübarizəsi haqda dünya ictimaiyyətinin məlumatlandırılmasıdır və s”.

Daha sonra tədbir digər çıxış edənlərin fikirləri ilə başa çatıb.

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv