!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan neft hasilatının həcmini azaldacaq

!Reklam – Yazi

neftOPEK-ə qeyri-üzv ölkələr bu gün Vyanada keçirilən görüşdə neft hasilatının ümumi həcmini sutkada 612 min barel azaltmağı qərara alıblar.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriya Neft Nazirliyinin “Tvitter” səhifəsində dərc edilmiş məlumatda bildirilir.

12 ölkənin yer aldığı siyahıda Rusiya neft hasilatının həcmini sutkada 300 min barel, Meksika – 100 min, Qazaxıstan 50 min, Oman – 45 min, Azərbaycan və Malayziya – hər biri 35 min, Bəhreyn və Ekvatorial Qvineya – hər biri 12 min, Cənubi Sudan – 8 min, Bruney – 7 min, Sudan və Boliviya isə hər biri 4 min barel azaltmağı qərara alıblar.

“Reuters”-in məlumatına görə isə, OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının ümumi həcmini sutkada 562 min barel azaltmağı qərara alıblar.

Qeyd edək ki, OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib.

Yenicag.az

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv