!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusu daha bir şəhid verib

!Reklam – Yazi

скачанные файлыMüdafə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır.

Bəzi KİV isə rəsmi məlumatlardan da başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edirlər ki, bu da məqsədəuyğun deyil: ““Həbib Mütəzir” adlı sosial şəbəkə istifadəçisi guya üç hərbi qulluqçumuzun şəhid olması və bir nəfərin yaralanması barədə növbəti dəfə kobud səhvlərə yol verərək qeyri-dəqiq xəbəri feysbuk statusunda bölüşüb. Onun bu hərəkəti düşmən tərəfinin maraqlarına xidmət etməklə yanaşı, əksər hallarda erməni kəşfiyyatının Silahlı Qüvvələrimiz haqqında məlumatları əldə etməsinə köməklik göstərir və qarşı tərəfin işini xeyli asanlaşdırır.

Bu kimi hallar qəti surətdə yolverilməzdir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrini, ictimaiyyət nümayəndələrini və sosial şəbəkələrin istifadəçilərini bu kimi hallara qarşı mübarizədə həmrəy olmağa və qarşısının alınması üçün fəal iştirak etməklə vətəndaşlıq mövqeyini nümayiş etdirməyə çağırır”.

Məlumatda qeyd olunur ki, həqiqətdə isə təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.

Allah rəhmət eləsin!

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv