!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan ordusu ermənilərin başını əzir” – Prezident

!Reklam – Yazi

president 3 aprell cixis“Bir neçə gün Azərbaycan özünü çox təmkinli apardı, mən də göstəriş vermişdim ki, təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmış, mövqelərimizə hücum çəkmişdi, hərbi helikopterləri işə salmışdı. Azərbaycan ordusu da bu helikopterin birini məhv etdi. Bu, Ermənistana lazım idi. Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi pozur”

Bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Ölkə başçısı çıxışı zamanı qeyd edib: “Son təxribat da eyni məzmunludur. Yenə də mövqelərimizə hücum çəkirlər, əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra da Azərbaycan ordusu onların başını əzir. İndi isə dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik”.

Prezident İlham Əliyev bildirib ki, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır: “Əfsuslar olsun ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır.

Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin. Onlar özlərini danışıqlar masası arxasında qeyri-səmimi aparırlar. Bu yaxınlarda Rusiya Prezidenti və Rusiyanın xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər”.

Prezident, həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Görüşlər onu göstərir ki, Amerika tərəfi münaqişənin tezliklə həll olunması üçün çox maraqlıdır.

“Bilirəm ki, Ermənistan rəhbərinə də müəyyən siqnallar, mesajlar verilmişdir. Yəni, son vaxtlar həmsədrlər, onların dövlətlərinin başçıları çalışırlar ki, məsələ həll olunsun. Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın.

Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir”,

Ali Baş Komandan diqqətə çatdırıb ki, atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu: “Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan – diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun”.

 

https://youtu.be/WW3x6mHFSfA

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv