!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunun əsgəri şəhid olub

!Reklam – Yazi

7edb2370db8defbb1c23f82315eeb5c0Noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provokasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaq.

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv