Yazı İçi 468×60

2016-cı ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Yenicag.Az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilib dəyəri nəzərə alınmaqla 2016-cı ildə xarici ticarət dövriyyəsi 21650,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 13118,4 mln. dollar, idxalın dəyəri 8532,4 mln. dollar təşkil edib, nəticədə 4586,0 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 36,2%-i Avropa İttifaqı ölkələri, 13,0%-i MDB üzvü dövlətləri, 50,8%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 17,1%-i İtaliyaya, 12,4%-i Türkiyəyə, 8,7%-i Tayvana (Çinin əyaləti), 7,3%-i İsrailə, 6,7%-i Almaniyaya, 5,4%-i Fransaya, 4,8%-i Hindistana, 4,5%-i Rusiyaya, 3,8%-i Gürcüstana, 3,0%-i Çinə, qalan 26,3%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,2%-i Rusiyanın, 13,8%-i Türkiyənin, 8,2%-i Çinin, 5,8%-i Birləşmiş Krallığın, 5,5%-i ABŞ-ın, 4,7%-i Almaniyanın, 3,9%-i İtaliyanın, 3,4%-i Ukraynanın, 3,3%-i Yaponiyanın, 3,2%-i Norveçin, 29,0%-i isə digər ölkələrin payına düşüb.

2016-cı ildə 1237,1 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilə nisbətən real ifadədə 16,4% azdır.

2016-cı ildə 2015-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,9%, təzə tərəvəz – 49,5%, kartof – 4,1%, qara metallardan borular – 5,3 dəfə, pambıq ipliyi – 11,0% artıb, şəkər ixracı isə 50,9%, bitki yağları – 56,3%, çay – 73,5%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,1%, polietilen – 3,7%, emal olunmamış alüminium – 22,7% azalıb.

2015-ci illə müqayisədə 2016-cı ildə buğda idxalı 18,2%, xam şəkər və şəkər – 25,3%, bitki yağları – 20,1%, təzə meyvə – 24,7%, kərə yağı, digər süd yağları və pastaları – 4,1%, çay – 69,0%, kartof – 46,7%, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, təzə tərəvəz – 80,1%, mal əti – 3,9%, polad prokatı – 4,0%, mebel – 20,1%, mineral gübrələr – 9,7%, hesablama maşınları, blok və qurğuları – 3,3 dəfə, rezin şinlər – 38,9%, məişət kondisionerləri – 5,0 dəfə artıb, minik avtomobillərinin idxalı isə 79,0%, qara metallardan borular – 53,9%, qara metallardan çubuqlar – 63,1%, polietilen – 26,5%, qara metallardan künclüklər ­– 39,2%, sement və sement klinkerləri – 21,5% azalıb.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."