www.sinerjipro.net

SinerjiProWide
Reklam

11Ələsgər Məmmədli: “Ölkəmizdə sağ, sağ-mərkəzçi qüvvələr daha güclüdür”

Aydın Mirzəzadə: “Ölkəmizdə ifrat sağ, ifrat sol, faşizm kimi ideologiyalardan başqa…”

Çoxpartiyalı sistemin mövcud olduğu hər bir ölkədə olduğu kimi, Azərbaycanda da siyasi təşkilatlar bu və ya digər ideologiyanın daşıyıcılarıdırlar. Bu mənada maraqlıdır, görəsən, Azərbaycanda siyasi təşkilatlar neçə ideoloji cinaha ayrılıb?

Hüquqşünas Ələsgər Məmmədli YENİCAG.AZ-a açıqlamasında Azərbaycanda ideoloji baxımdan hər növ siyasi təşkilata rast gəlindiyini desə də, onlar arasında ancaq sağ-mərkəzçi ideologiyanın daha geniş yayıldığını dedi: “Azərbaycanda demək olar ki, hər bir ideologiyaya aid siyasi təşkilatlar fəaliyyət göstərir. Amma ölkəmizdə sağ, sağ-mərkəzçi qüvvələr daha güclüdür. Onlara iqtidar partiyasını, habelə müxalifətin əsas güc mərkəzlərini göstərmək olar. Millətçilər isə hazırda demək olar ki, yox səviyyəsindədir. Bu ideologiya özünü əsasən müstəqilliyin ilk illərində göstərib. Sol  ideologiya da ölkəmizdə özünə geniş yer tapa bilməyib.  Bu da respublikamızın sovet rejimində ziyan çəkməsilə bağlıdır. Onlar təşkilatlanma baxımından da zəifdirlər”.

Millət vəkili Aydın Mirzəzadə isə YENİCAG.AZ-a  bildirdi ki, ölkəmizdə ideoloji baxımdan partiyalar rəngarəngdir: “Ölkəmizdə ifrat sağ, ifrat sol, faşizm kimi ideologiyalardan başqa, digər bütün ideologiyaların daşıyıcıları olan siyasi partiyalar fəaliyyət göstərir. Bunlara misal olaraq, sağ, sağ-mərkəz, sol, sol-mərkəz, mərkəzçi qüvvələri göstərə bilərik”.

Rüfət/Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."