yenicag.az

Azərbaycan politoloqu Qırğızıstanın “Kabar” agentliyinə müsahibə verib

Azərbaycan politoloqu Qırğızıstanın “Kabar” agentliyinə müsahibə verib

Müəllif: Redaktor

Editor

14546745246366748632_1000x669Azərbaycan Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Ramiz Alıyev Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinə müsahibə verib.

Müsahibədə deyilir ki, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı fəaliyyət uğurla inkişaf edir. Azərbaycan və qırğız xalqlarını dil, din və mədəni dəyərlər birləşdirir.

Oxuculara məlumat verilir ki, hazırda Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır. Onlar1930-cu illərdə bu torpaqlara sürgün edilən azərbaycanlıların nəvə-nəticələridir. Soydaşlarımız ölkə iqtisadiyyatının müxtəlif sahələrində uğurla çalışır, ana dilini və milli adət-ənənələrini bu gün də yaşadırlar. Azərbaycanlılar əsasən Bişkek, Talas və Kara-Balta şəhərlərində yaşayırlar. Onların arasında tanınan həkimlər və sahibkarlar az deyil.

Azərbaycanlı politoloq qeyd edir ki, ölkələrimiz arasında diplomatik əlaqələrin təməli 1993-cü il yanvarın 19-da qoyulub, 2007-ci ildə Azərbaycanın Qırğızıstandakı səfirliyi açılıb. Bundan bir il sonra isə Qırğızıstan Azərbaycanda öz səfirliyini yaradıb. İkitərəfli əməkdaşlığın indiki səviyyəyə qalxmasında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin danılmaz xidməti olub. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 52 müqavilə və saziş imzalanıb. Qırğızıstan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və İslam Əməkdaşlıq Təşkilatı, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TürkPA və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Prezidentlər İlham Əliyev və Almazbek Atambayevin beynəlxalq tədbirlərdəki görüşləri əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Müsahibədə iki ölkə arasında əlaqələrin inkişafı, Qırğızıstan iqtisadiyyatının indiki vəziyyəti və bir sıra digər məsələlərə də aydınlıq gətirilir.(Azərtac)

Müsahibə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti