!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. 

Yeniçağ.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutub.

Lider “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Hər iki komandanın azlıqda tamamladığı qarşılaşmada Şəhriyar Rəhimov (36-cı dəqiqə) və Renan Silva (54, öz qapısına) fərqlənib.

Turun mərkəzi qarşılaşmasında Ağdamın “Qarabağ” komandası paytaxtın “İnter” klubunu qəbul edib. “Qəbələ”nin xal itirməsindən sonra vahid liderlik şansı olan ağdamlılar bu fürsətdən yararlana bilməyiblər.

Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Zurab Xizanişvili vurub.

Turnir cədvəli:

Yeniçağ.Az

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv