Azərbaycan prezidenti Patriarx Kirillə təbrik məktubu göndərib

Müəllif: Redaktor

Editor

ilham_aliyev_signs-21Azərbaycan prezidenti İlham Əliyev Moskva və bütün Rusiyanın patriarxı Kirillə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Təbrik məktubunda deyilir:

“Zati müqəddəsləri, 70 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin ümumbəşəri dəyərlərin təsdiqinə, sülh və anlaşmaya, sivilizasiyalararası dialoqun dərinləşməsinə, mədəniyyətlərarası və millətlərarası münasibətlərin möhkəmlənməsinə yönəlmiş ali missiyanız Sizə böyük hörmət və ehtiram qazandırıb. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dost və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də xalqlarımız arasında dinlərarası və konfessiyalararası dialoqun inkişafına dair planınız Azərbaycanda yüksək qiymətləndirilir. Bu əlamətdar gündə sizə səmimi qəlbdən bütün işlərinizdə uğurlar, uzun ömür və can sağlığı arzulayıram”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır