!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan qanunvericiliyində narkotik maddələrlə bağlı YENİ MÜDDƏA

!Reklam – Yazi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sənəddə “III SİYAHI Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” fəsli yeni redaksiyada verilib.

Həmin siyahı ilə tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarının ölçü vahidi kimi həmin bitkilərin yalnız sayı müəyyən edilib.

Belə ki, Azərbaycanda bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növlərinin 2-10 ədədi xeyli miqdar, 11 ədəd isə külli miqdarın aşağı həddi hesab ediləcək. Çətənə növlü bitkilərin 3-15 ədədi xeyli miqdar, 16 ədəd isə külli miqdarın aşağı həddi kimi qəbul edilir.

Bundan başqa, yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosların 3-50 ədədi xeyli miqdar, 51 ədədi isə külli miqdarın aşağı həddi hesab ediləcək.

İqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər: kokain kolunun 1 ədədi xeyli miqdar, 2 ədədi külli miqdarın aşağı həddi, katın 2 ədədi xeyli miqdar, 3 ədədi isə külli miqdarın aşağı həddi kimi qəbul ediləcək.

Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə də dəyişiklik edilib.

Maddə 208. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə –

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.

Yeniçağ.az

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv