“Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib” – Əli Həsənov

“Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib” – Əli Həsənov

Müəllif: Redaktor

Baş Redaktor

elihesenovesas655“Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır”.

Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Böyük Britaniyanın “Senate Publisihing” şirkətinin çap etdiyi “Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı” kitabının təqdimat mərasimində deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: “Azərbaycanı bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanıyırlar. Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib və müxtəlif sahələrdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib”.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, son 10 ildə Azərbaycanda iqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəldilib: “İqtisadiyyatın qeyri-neft sektorunda hər il orta hesabla 9-10 faiz artım müşahidə olunur. Son bir neçə ildə ümumi daxili məhsulun istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox olub, 2015-ci ilin birinci yarısında isə bu rəqəm 70 faizə çatıb. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının getdikcə aşağı salındığını göstərir. Azərbaycan bölgədə nəqliyat dəhlizlərinin yaradılması, müasir nəaliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır və artıq regionun nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib”.

Ə.Həsənov əlavə edib ki, Avropa Oyunlarının ən yüksək standartları məhz Azərbaycanda təsis olundu.

Prezidentin köməkçisi bildirib ki, bu gün Bakı öz xarici görünüşü, müasir sosial və mədəni infrastrukturu baxımından dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb: “Azərbaycan regionlarında turizm infrastrukturu inkişaf etdirilib. Bütün bu söylədiklərim və söyləmədiklərim, Azərbaycanın müasir inkişafını əks etdirən səhnələr təqdimatına yığışdığımız bu kitabda öz əksini tapıb”.

Ə.Həsənov bildirib ki, bu gün təqdimatına toplaşılan kitab təkcə idman oyunlarını deyil, eyni zamanda Azərbaycanın müasir inkişafının bütün sahələrini əhatə edərək onun əsl salnaməsini yaradıb: “Bu salnamə ingilis dilində, Böyük Britaniyanın standartları əsasında yaradılıb. Kitab Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsi ilə başlayır. Cənab Prezidentin müsahibəsində Azərbaycan Respublikasının müasir inkişafının demək olar ki, bütün sahələri yığcam formada təqdim olunub. Dövlət başçısı Azərbaycanın keçən 20 ildə əldə etdiyi naliyyətlər, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, biznes mühiti, müasir cəmiyyət quruculuğu, Azərbaycan xalqının milli-mənəvi, mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycanın idman tarixində və Avropada idmanın inkişafında birinci Avropa Oyunlarının rolu və digər məsələlər haqqında öz fikirlərini bildirib”.

PA rəsmisi deyib ki, kitabda əks olunmuş materiallarda Azərbaycanın müstəqillik illərində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması, həyata keçirilən mühüm transmilli enerji layihələrinin regionun inkiafında, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti geniş formada təhlil olunub: “1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşıyıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli layihələrin həyata keçirilməsi ölkənin enerji resurslarının dünya bazarına çıxarılmasında, respublikanın inkişafında və beynəlxalq iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayıb”.

Ə.Həsənov qeyd edib ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən siyasi kurs, müasir cəmiyyət quruculuğu, ölkədə sosial, iqtisadi və mədəni infrastrukturların qabaqcıl dünya standartları səviyyəsində yenidən qurulması barədə geniş məlumat öz əksini tapıb(trend).

Siyasət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti