!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Rusiyaya etiraz notası göndərməlidir”

!Reklam – Yazi

 

33502Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən 5-ci beynəlxalq təhlükəsizlik konfrasında çıxışı zamanı Ermənistanı müdafiə edən fikirlər səsləndirib. Belə ki, Rusiya KİV-nin məlumatına görə Şoyqu Ermənistan da daxil olmaqla Kolelktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzvlərinin müasir silahla təmin olunmasına çalışdıqlarını deyib.

“Biz müttəfiq və partnyorlarımızın arsenalında müasir silahaların olmasında maraqlıyıq. Bizim addımlarımızın məntiqi çox sadədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərinin möhkəmləndirilməsi Rusiyanın möhkəmlənməsi deməkdir”.

Maraqlıdır, Moskva münaqişə tərəflərini sülhə dəvət edərək, aprelin əvvəlində baş verən hərbi əməliyyatların dayandırılması üçün bu yaxınlarda canfəşanlıq göstərdi. Eyni zamanda, işğalçıya ən müasir silahları satmaq niyyətində olduğunu da gizlətmirlər. Görəsən bu nə deməkdir?

Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli: “Aprelin əvvəlində Qarabağ cəbhəsində atəşkəsin elan olunmasına nail olan Rusiyanın bunun ardınca Ermənistanı ən müasir silahlarla təmin etməkdə maraqlı olduğunu deməsi ikiüzlülük və riyakarlıq deməkdir. Bu onu göstərir ki, Moskva heç də Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı deyil, əksinə bölgədə vəziyyəti qatıb-qarışdırmağa çalışırlar. Onsuz da Azərbaycan torpaqlarının işğalı birbaşa Rusiyanın iştirakı ilə baş verib. İndi isə Ermənistana ən müasir  silahları, özü də havayı şəkildə verməklə, vəziyyəti süni surətdə gərginləşdirmək yolunu tutublar. Bununla da Rusiya həmişə olduğu kimi yenə də Ermənistanı danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmağa meylləndirir. Rusiyanın tutduğu bu addım çox yanlışdır. Azərbaycan bununla bağlı Rusiyaya etiraz notası göndərməlidir”.

ELÇİN

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv