!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan seçkiləri: Partiyalar nə deyir?

!Reklam – Yazi

sechkiler_belediyye-azerb6Bəybala Əbil: “Saxtakarlıq həmişəki kimi  daha ciddi, daha kəskin davam edir”

Natiq Cəfərli: “Bu seçkilərdən sonra ölkədə seçki yolu ilə demokratik dəyişikliklərin ola bilməsi ehtimalı çox aşağı düşdü”

Araz Əlizadə: “Seçki normal keçdi, qtidar tərəfindən prosesə heç bir maneə yox idi”

Aydın Mirzəzadə: “Seçkinin demokratik və şəffaf şəkildə keçirilməsi Azərbaycan cəmiyyətinin artıq demokratik dəyərlərə sıx bağlılığını göstərdi”

Azərbaycanda  Milli Məclisə keçirilən 1 noyabr  seçkiləri başa çatdı. Bu seçkilər də hakim YAP-ın qələbəsilə sonuclandı.  Müxalifətə gəldikdə, onlar yenə də  çox az qüvvə ilə parlamentdə təmsil olunacaqlar.  Əsas müxalifət partiyaları isə yenə də parlamentdən kənarda qaldı.

Seçkilərin nəticələri barədə Yenicag.az olaraq partiyalardan rəy öyrəndik.

KXCP Ali Məclisinin sədri, “Azadlıq-2015” seçki qərargahının rəhbəri Bəybala Əbil  seçkilərin saxtakarlıq əsasında keçirildiyini bildirdi: “Hakim Yeni Azərbaycan Partiyasının öz prinsiplərinə sədaqətinə heyranlığımı bildirirəm. Həqiqətən də YAP öz prinsiplərinə sədaqətli hakimiyyətdir. Onun bu prinsipləri isə saxtakarlıq, qanunsuzluq, vətəndaşların düşüncə və fikirlərinə  təcavüzdən ibarətdir. 22 ildir ki, bu kimi prinsiplərə sədaqət göstərmək hər bir təşkilat, toplumun işi deyil. Xəlil Rza demişkən, saxtakarlıq həmişəki kimi  daha ciddi, daha kəskin davam edir”.

REAL Hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirdi ki, bu seçkilər əslində pis mənada gözləntilərin tam doğrulması ilə yadda qaldı:  “Yəni total saxtakarlıq, insanların seçkiyə marağının az olması bu seçkilərdə önə çıxdı.  Ən pis hal ondan ibarətdir ki, insanların seçki institutuna inamı qalmayıb.  Bu seçkilərdən sonra ölkədə seçki yolu ilə demokratik dəyişikliklərin ola bilməsi ehtimalı çox aşağı düşdü. Bundan sonra insanları seçkilərin  vacibliyinə  inandırmaq çətin olacaq. Bu isə dövlətçiliyimiz  adına heç də yaxşı hal deyil. Nə qədər ki, seçki institutu dəyərdən düşəcək və inamsızlıq yaranacaq, ölkədə başqa yolla dəyişikliklərin ola bilməsi ehtimalını artıracaq, bu da ölkəmiz üçün yaxşı hal deyil. REAL Hərəkatı seçkilərlə bağlı bəyanat qəbul edib.  Burada seçkinin nəticələrinin xalqın iradəsini ifadə etmədiyini bəyan etmişik.  Hakimiyyətə çağırış etdik ki, yaxın gələcəkdə rəqabətli mühitin yaranması üçün  tədbir görərək, gələn il təkrar parlament seçkilərinin keçirilməsinə qərar versin. Bu ölkənin, normal məcraya yönəlməsinə, seçki yolu ilə hakimiyyət qollarında müəyyən dəyişikliklərin ola bilməsi ehtimalını yüksəldərək, hansısa bir ədalət tipinin yaranmasına  səbəb olar”.

ASDP sədri Araz Əlizadə prosesin normal məcrada keçdiyi qənaətindədir:  “Seçki normal keçdi. İqtidar tərəfindən prosesə heç bir maneə yox idi.  Keçən seçkilərdə 5 nəfər namizəd irəli sürmüşdük, cəmi bir nəfəri qeydə almışdılar. Bu dəfə 5 namizəd irəli sürdük, hamı qeydiyyatdan keçdi.  Mən qalib gəldim. Digər  namizədlərimiz isə  müvəfəqiyyətlə iştirak edərək ikinci, üşüncü yerləri tutublar.  Seçki günü  AŞ PA-nın nümayəndələrilə  görüşdüm. Onlar bildirdilər ki, Avropada keçirilən seçkilərlə Azərbaycanda keçirilən bu seçkilər arasında böyük bir fərq görmürlər.  Hətta Finlandiyadan olan nümayəndə seçkilərə nə qədər xərcimizin çıxdığını soruşdu. Dedim ki, 2600 manat. Gülərək dedi ki,  bizdə bu qədər vəsaitlə heç seçkiyə qatılmağın arzusu da ola bilməz”.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu seçkilərlə də  ölkəmizin demokratiya sınağından uğurla keçdiyini diqqətə çatdırdı:  “Bu dəfəki parlament seçkiləri də Azərbaycan üçün çox uğurlu bir demokratiya sınağı oldu.  Müxtəlif siyasi partiyaların, bitərəf insanların seçkilərdə iştirakı, seçkinin demokratik və şəffaf şəkildə keçirilməsi Azərbaycan cəmiyyətinin artıq demokratik dəyərlərə sıx bağlılığını göstərdi. Yeni Azərbaycan Partiyasinin qələbəsi isə  partiyanın, ilk növbədə onun sədri, prezident İlham Əliyevin siyasi kursunun qələbəsi idi”

ELÇİN

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv