!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan siyasiləri Nazarbayev gedişini dəyərləndirdilər - Qoca Xaqanın addımı dəstəklənir

!Reklam – Yazi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqına ünvanladığı video-müraciətdə prezidentin bəzi səlahiyyətlərinin parlamentə və hökumətə verilməsi təklifi ilə çıxış edib.

Onun bu təklifini müsbət dəyərləndirən millət vəkili Asim Mollazadə Yeniçağ.az-a bildirdiyinə görə, prezidentin əsas məqsədi dövlətin dəyərlərini müdafiə etməkdir.

Asim Mollazadə ile ilgili görsel sonucu“Bu, bir növ islahatlara yönəlmiş çox ciddi addımlardır. Və mən bunu müsbət hal kimi dəyərləndirirəm”.

Politoloq Fikrət Sadıqov da Nursultan Nazarbayevin bu təklifini müdrik addım kimi qiymətləndirir:

“Nazarbayev sovet dövründən Qazaxıstana rəhbərlik edən siyasi fiqurdur. Onun yaşı artıq 80-ə çatır. Prezident faktiki olaraq əsas funksiyalarını özündə saxlayır, məsələn: təhlükəsizlik məsələlərini, xarici siyasət problemlərini və s… Ancaq digər funksiyaları hökumət və parlament arasında bölüşdürür. Fikrət Sadıqov ile ilgili görsel sonucuQazaxıstanın belə bir mürəkkəb geosiyasi vəziyyətində Nazarbayev belə bir təklifi ona görə edir ki, ölkənin bundan sonra heç bir problemi yaranmasın. O, başa düşür ki, bundan sonra ölkədə hər şey baş verə bilər. Və bu təklif Qazaxıstanın inkişafına, stabilliyinə köməklik etmək məqsədi daşıyır. Xüsusilə də Mərkəzi Asiya regionunda yaranan vəziyyətlə bağlı kifayət qədər düşünülmüş bir addımdır. Burada əsas məqsəd odur ki, daxili stabillik və xarici siyasətin prioritetləri olduğu kimi qalır. Görünür ki, ölkə bundan sonra öz inkişafını yenidən əks etdirəcək”.

Millət vəkili Aydın Mirzəzadənin fikrincə isə bizim kənardan çağırılmamış məsləhətçi rolu oynamağımız düzgün çıxmaz:

Aydın Mirzəzadə ile ilgili görsel sonucu“Hər bir ölkə öz inkişafı üçün özünəməxsus dövlətçilik ənənəsi yaradır. Həmçinin də Qazaxıstan cəmiyyəti prezidentinin timsalında bu variantı daha düzgün hesab edir. Müraciət edən prezident parlament və hökumət arasında müəyyən səlahiyyətlərin genişləndirilməsini təklif edir. Keçmiş sovet respublikalarının hər birinin özünəməxsus inkişaf təcrübəsi var. Və bu təcrübələr bir-birini təkrarlamır. Ölkənin inkişafına, qarşıya qoyduğu məqsədlərə hansı variant uyğun gəlirsə, həmin variantın üzərində də dayanırlar. Ona görə də dost-qardaş Qazaxıstana yeni islahatlarda uğurlar və müvəffəqiyyətlər arzu edirəm”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv