Yazı İçi 468×60

1481480801_afggaaAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Türkiyənin İstanbul şəhərində Vodafone Arena stadionunun yaxınlığında çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyib.

Bu barədə saytımıza ASGA sədri Səbuhi Abbasov məlumat verib. Məlumata deyilir ki, QHT bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasının vacibliyini bir daha bəyan edib.

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edir. Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Bütün Türk millətinə başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamımızı ifadə edirik”.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."