Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası sərt bəyanat yaydı — MƏTN

Müəllif: Redaktor

Editor

610x380xsddssds.jpg.pagespeed.ic.oCJMbjSaIyAprelin 2-də gecə saat 3-4 radələrində erməni hərbi birləşmələri işğal olunmuş Azərbaycan ərazilərində yerləşən təmas xəttində atəşkəsi pozaraq növbəti təxribat əməli törətməyə çalışmışlar. Mövqelərimizə hücumla yanaşı ağır silahlardan istifadə edərək təmas xəttinə yaxın ərazilərimizdə yerləşən yaşayış məskənlərimizi atəşə tutulmuşdur. Nəticədə dinc sakinlər həlak olmuş və yaralanmış, xeyli sayda mülki evlər dağıdılmışdır.

Havadarlarından təlim və silah alan, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən, beynəlxalq birliyin sərgilədiyi ikili standartlardan ruhlanan ermənilər bu növbəti təxribatları ilə Azərbaycanın dünyada yüksələn nüfuzuna zərbə vurmaq və növbəti təxribata çəkmək niyyəti ilə bu hücum əməliyyatlarına başlamışlar. Yaşayış məskənlərimizin ağır silahlardan atəşə tutulması davam etdikdə və dinc sakinlər atəş altında qaldıqda Azərbaycan ordusu düşmənin atəş nöqtələrini susdurmaq üçün əks həmləyə keçməyə məcbur olmuşdurlar. Nəticədə bir neçə işğal olunmuş yaşayış məntəqələrimiz və strateji əhəmiyyətli düşmən artilleyasının yerləşdiyi yüksəkliklər işğalçılardan təmizlənmişdir.

Azərbaycan ordusu 12 şəhid vermişdir.

Lakin işğalçı orduya sarsıdıcı zərbə vurulmuşdur. Beynəlxalq təşkilatların qarşısında həmişə öhdəliyinə hörmət qoyan Azərbaycan bu dəfə də ona uyğun olaraq hücum əməliyyatlarını dayandırmış və birtərəfli qaydada atəşkəs elan etmişdir. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi bu dəfə də məsuliyyət Ermənistanın kriminal rəhbərliyinin üzərinə düşür. Ermənistan İqtisadiyyatını qura bilməyən, əhalisinin yarısını artıq Ermənistandan didərgin salan, yarıtmaz siyasətləri ilə erməni xalqını səfil günə qoyan siyasi hakimiyyət təkcə havadarının sifarişi ilə yox eyni zamanda qeyd olunan yaramaz siyasətlərini ört basdır etmək üçün dəfələrlə cəbhədə təxribatlar törədərək diqqəti yayındırmağa çalışmışlar. Bu dəfə də bu oyuna əl atan Ermənistan hökuməti istədiyinə nail ola bilmədi nəticədə 100-lə erməni əsgərlərinin qanına bais olaraq erməni və Azərbaycan analarının gözünü yaşlı qoydu.

Təmas xəttində yaşayış məskənlərimizin atəşə tutulması və dinc sakinlərimizin öldürülməsi bir daha sübut edir ki, Ermənistan hökuməti Azərbaycan xalqına qarşı genosid siyasətindən əl çəkməyib.

Biz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi olaraq Ermənistanın son günlər cəbhədə törətdiyi təxribatları pisləyir onun havadarlarının apardıqları siyasəti mənfur hesab edirik. BMT məlum dörd qətnaməsinin yerinə yetirilməməsinin nəticəsi olan bu təxribatların qarşısının alınması və Azərbaycan xalqına qarşı aparılan çirkin oyunların dayandırılması üçün Beynəlxalq aləmə və nüfuzlu təşkilatlara müraciət edərək bəyan edirik ki, Ermənistanın və onun havadarlarının bu siyasətinin dayandırılması üçün bizə dəstək olsunlar. Bəyan edərək bildiririk ki, BMT-nin və ATƏT-in növbədən kənar təcili toplantısı çağırılmalı, Ermənistanın işğalçı əməllərinə qiymət verilməli, qətnamələr yerinə yetirilməsi üçün təzyiq vasitələri işə salınmalı, Minsk qrupu yenilənməlidir.

Bəyanatımızın sonunda Azərbaycan prezidentinin vurğuladığı “Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun.” fikri dəstəkləyirik və bildiririk ki, biz sülh istəyirik amma 22 ildir Ermənistan bunu istəmədi bundan sonra Beynəlxalq aləm ədalətli şəkildə Azərbaycan xalqının yanında olmasa baş verə biləcək hadisələrə görə Ermənistan hökuməti məsuliyyət daşıyacaq.

TORPAQLARIMIZ TƏCİLİ VƏ QEYRİ-ŞƏRTSİZ BOŞALDILMALIDIR!

Səbuhi ABBASOV
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır