!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası təqdimat keçirib

!Reklam – Yazi

1476714310_esaaaBugün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az” layihəsi çərçivəsində hazırlanan saytın təqdimatını edib. Tədbirdə Millət vəkili Qənirə Paşayeva, Millət vəkili Adil Əliyev, Millət vəkili Elşən Musayev, QHT və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açaraq layihə barədə ətraflı məlumat verdi. Son 25 ildə ölkəmizin dünyada layiqli yer tutmasında Ulu Öndərin xidmətlərindən danışdı: “Bugün biz qazandığımız bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna borcluyuq. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla icrası isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Biz layihə çərçivəsində son 25 ildə müxtəlif istiqamətlərdə qazanılan uğurlar haqqında sistematik məlumat bazası yaratmışıq. Layihə həm paytaxtda, həm də müxtəlif regionlarımızda həyata keçirilib. Biz eyni zamanda layihə çərçivəsində Moskvada da böyük bir tədbir reallaşdırdıq. Bir daha QHT-lərə Dövlət Dəstəyi Şurasına verilən dəstəyə görə öz təşəkkürümü bildirirəm. Hesab edirəm bu layihə çərçivəsində hazırlanan sayt bir neçə dildə tərtib edilərəkxarici ölkələrdə təqdim olunmalıdır”

Millət vəkili Qənirə Paşayeva çıxış edərək 25 ildə ölkmizin beynlxalq arenada layiqli yer tutmasında danışdı. Q.Paşayeva Azərbaycanın tam müstəqil dövlət kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələrə çatacağını dedi: “Çox sevindirici haldır ki, bugun Azərbaycanın adı gələndə hər kəs tolerant bir ölkə kimi tanıyır. Biz bugün bütün mümkün imkanlardan istifadə edərək ölkəmizi dünyada layiqincə təbliğ etməliyik. Təklif edirəm bu sayt müxtəlif dillərdə də tərtib olunsun, bu çox önəmlidir”

Millət vəkili Adil Əliyev isə çıxışında ölkəmizin 25 ildə müxtəlif sahələrdə, xüsusən də idman sahəsində qazandığı uğurlardan danışdı. A.Əliyev Azərbaycanın dünyada beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanındığını dedi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə müxtəlif sahələrin inkişafı üçün proqramlar qəbul edilib. Eyni zamanda idman sahəsinə xüsusi diqqət ayrılır. Azərbaycan dünyada həm də beynəlxlaq idman yarışlarının, olimpiadaların keçirildiyi məkan kimi tanınır”

Sonra Millət vəkili Elşən Musayev çıxış edərək Azərbaycanın 25 ildə nəinki regionda, hətta MDB ölkələri arasında lider ölkə səviyyəsinə qalxmasını olduqca böyük əhəmiyyətə malik olduğunu dedi: “Bugün əsasə Ulu Öndər tərəfindən qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyada baş verən proseslərə nəzər salsaq görərik ki, siyasi və iqtisadi gücü zəif olan dövlətlər məhvə doğru gedir. Ancaq ölkəmiz ilbəil daha da inkişaf edir, daha da çiçəklərin. Biz bu sabitliyin, bu inkişafın qədrini bilməliyik. Bu kimi innovativ layihələrin həyata keçirilməsi olduqca vacibdir.”

ASGA Anlitik təhlil mərkəzinin rəhbəri Azər Verdiyev isə çıxışında Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” şüarının bugün reallığa çevrildiyini dedi. Prezident İlham Əliyev tərəfindən aparılan sistematik siyasətin nəticəsində ölkəmizin ilbəil daha da inkişaf etdiyi dedi. A.Verdiyev həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimizin qorunması, saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışdı.

Daha sonra AMEA-nın Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu çıxış edərək son 25 ildə elm sahəsində qazanılan uğurlardan danışdı. C.İmayıloğlu Azərbaycan gəncinin səsinin dünyanın bir çox ölkələrinin yüksək tribunalarından gəldiyini dedi.

Sonra “Mənim təhsilim mənim gələcəyim” kampaniyasının fikir müəllifi Rövşən Nəcəfov çıxış edərək 25 illik müstəqillik dönəmində həyata keçirilən gənclər siyasətinin dünya ölkələri üçün model olduğunu dedi. R.Nəcəfov ölkədə sağlam və intellektual gəncliyin inkişafı üçün bütün mümkün addımların atıldığını ded. O, Azərbaycan gəncliyinin səsinin dünyanın müxtəlif ölkələrindən fəxrlə gəldiyini qeyd etdi.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv