Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası yeni layihəyə start verdi

Müəllif: Redaktor

Editor

245034Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən onlarla layihə reallaşdırıb. Gənclər və İdman Nazirliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə profilə uyğun strateji layihələr reallaşdıran ASGA daha bir layihəyə start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Şuşaya doğru – ShushaPost.az” layihəsi Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmağı qarşıya hədəf kimi qoyub. Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib:

“Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, milyonlarla insanın taleyində əks olunub. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu.

Biz dünya ictimaiyyətinə “erməni xəstəliyini” çatdırmaq niyyətindəyik. Layihə paytaxt, region gənclərinin, o cümlədən, dünya gənclərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru dürüst məlumatlandırılmasına xidmət edəcək. Layihə çərçivəsində ən müxtəlif innovativ İKT imkanlarından istifadə etməklə gənclərin tələb və təkliflərinə uyğun formatda sayt qurulacaq. Artıq saytın yaradılması ilə bağlı işlərə başlamışıq. Ermənilərin Etnokratizm siyasətini nəinki Slavyan ölkələrində, eyni zamanda, dünya miqyasında ifşa etmək niyyətindəyik. ShushaPost.az etibarlı media mənbəsi olacaqdır.

Bundan başqa biz region gənclərini də layihəyə cəlb etmək niyyətindəyik. Layihəni dəstəklədiyi üçün Prezident yanında Gənclər Fondunun rəhbərliyinə təşəkkür edirəm. Hesab edirəm layihə bitdikdən sonra da davamına geniş ehtiyac yaranacaq”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır