Azərbaycan söz və məlumat azadlığının qorunduğu ölkələrdəndir

Müəllif: Redaktor

Editor

İlqar İlkin: “Ölkədə mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılır”

Tam əminliklə demək mümkündür ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədə təmin olunub. Bunu isə şərtləndirən ən vacib məqam qeyd edilən sahəyə diqqət və qayğının göstərilməsidir. Bu baxımdan Azərbaycanda söz və mətbuat azadlığının təmin olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub desək yanılmarıq. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi. Təsadüfi deyil ki, bu gün ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri də bunu qeyd edir və ümummilli liderin mətbuatın inkişaf etdirilməsi istiqamətində gördüyü işləri təqdir edirlər. “Birlik” jurnalının baş redaktoru İlqar İlkin deyir ki, ümummilli lider ilk növbədə bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və ciddi addımlar atdı: “Ümummilli liderHeydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmçinin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. Bir qədər sonra 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. Bundan başqa 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirdi. Heydər Əliyevin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı”. İlqar İlkin deyir ki, ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atmış olduğu ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu: “Məlum olduğu kimi sözügedən sənəd imzalanana qədər qəzetlər, kütləvi informasiya vasitələri ciddi senzuradan keçirdi. Qəzetlərin səhifələrinin əksəriyyəti ağ çıxırdı. Belə ki, ən xırda detalı belə qüsur kimi tutaraq həmin yazını səhifədən çıxarırdılar. Təbii ki, bu da müstəqil bir ölkədə normal hal deyildi və ümummilli lider Heydər Əliyev də bunu çox gözəl bilirdi. Elə bu səbəbdən də 1998-ci ildə Heydər Əliyev senzuranı ləğv etdi. Artıq qəzetlər normal qaydada işıq üzü görür, KİV-lər istədikləri mövzuları heç bir senzura olmadan cəmiyyətə, oxucularına çatdıra bilirdi. Sovet dövründən qalan senzuranın ləğvi ölkədə müstəqil mətbu orqanların yaradılması prosesini sürətləndirdi”.

İlqar İlkin deyir ki, ümummilli liderin atmış olduğu digər mühüm addımlardan biri qəzetlərin, kütləvi infoirmasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması oldu ki, bu da mətbuatın maddi durumunun yaxşılaşdırılmasına öz müsbət təsirini göstərdi. Baş redaktor qeyd edir ki, günümüzdə Heydər Əliyev siyasi kursu, ümummilli liderin mətbuata gstərdiyi diqqət və qayğı həmin kursun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Dövlət başçısının KİV-in mətbuatın inkişaf etdirilməsi istiqamətində atmış olduğu addımlar və dövlət tərəfindən bu sahənin inkişafı məqsədilə göstərilən yardımlar ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin təmin olunmasına gətirib çıxarıb. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı öz inkişafının ən yüksək səviyyəsindədir: “Bu gün deyə bilərik ki, mətbuatımızın bütün problemləri həll edilib. Məhz bunun əyani sübutudur ki, ildən-ilə qəzet və jurnalların, elektron medianın sayı artır. Mətbuata yaradılan demokratiyadan bütün media əhli yararlanır. Söz və mətbuat azadlığı qorunur. İstənilən media orqanında hakimiyyət strukturları belə tənqid olunur, mediamızda da obyektivlik qorunub saxlanılır. Bu gün Azərbaycanda medianın inkişafını əngəlləyən heç bir maneəyə rast gəlmək mümkün deyil. Jurnalistlər sərbəst şəkildə fikirlərini ictimailəşdirə bilirlər, heç bir təzyiqlə belə üzləşmirlər və üzləşə də bilməzlər. Ona görə də deyə bilərəm ki, bu gün Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Çünki üqmummilli lider Heydər Əliyevin media ilə bağlı siyasi kursunu bu gün onun layiqli varisi prezident İlham Əliyev uğurla davam etdirir”. İlqar İlkinin sözlərinə görə, davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində qeyd edib ki, bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə əsaslı nailiyyətlər əldə edildi: “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən amillərdəndir. Fəaliyyəti dövründə Fond son illər fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. 2009-cu ildən hazırkı dövrə qədər Fonda dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılıb ki, həmin vəsait hesabına mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb”.

İlqar İlkinin sözlərinə görə,, söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərə nəzər salsaq görərik ki, Azərbaycan yalnız Qafqazda deyil, bütün dünyada media sahəsində də liderliyini qoruyub saxlayır: “Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Sevindirici haldır ki, artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir