!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan təhsilində ilk: Dərs davamiyyəti əl izi ilə aparılacaq

!Reklam – Yazi

2551_5478“Bu ilin sentyabr ayından tələbələrin dərsə davamiyyəti barmaq izi ilə həyata keçiriləcək”.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Ədalət Muradov deyib. Onun sözlərinə görə, bununla da müəllim tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr etdiyi vaxtı dərsə ayıracaq:

“Bu sistem universitetdə fəaliyyət göstərən “SABAH” qruplarında tətbiq olunur. Bundan başqa yaxın gələcəkdə müəllimlərin dərslərinin əvəz olunması məsələsi də həllini tapacaq. Belə ki, müəllimlər elektron jurnalı ancaq barmaq izi ilə aça biləcək. Yalnız icazə verilən zaman müəllimləri kimsə əvəz edə bilər”.

Rektor eyni zamanda müəllimlərə xəbərdarlıq edib: “Bilirəm ki, hansı müəllimin potensialı necədir. Tələbələrin nədən narazı olduqlarını da çox gözəl bilirəm. Hazırda bu kimi problemlərin üzərində çalışırıq. Səmimi şəkildə deyirəm ki, imtahanlarda heç bir neqativ hal müşahidə olunmur. Bizim universitetdə 18 min tələbə təhsil alır və hər il təxminən 4 000 tələbə məzun olur”.

Rektor həmçinin yaxın gələcəkdə İqtisad Universitetin 3-cü korpusunun təmir olunacağını deyib.(Azvision)

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv