Yazı İçi 468×60


15841037_788146394667202_1418545917_n“Azərbaycanda mövcud universitetlərin nəzdində ikiillik subbakalavr pilləsi (kolleclər) yaradıla bilər ki, bu da gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsinin artırılmasına yönəldilib”.

Bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir. Bəs görən bu məsələdə hansı effektiv nəticəni gözləmək mümkündür? Eyni zamanda indiki kolleclerin aqibəti necə olacaq?”.

Məsələni Yeniçağ.az-a təhsil üzrə ekspert Kamran Əsədov açıqlayır.

Ekspert qeyd edib ki, Azərbaycan təhsili 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanunla subbakalavr termini ilə tanış oldu:

“Bu istiqamətdə ilk addım texnikumların “kollec” adlandırılması ilə atıldı. Təəssüflər olsun ki, 2010-cu ildə baş verən dəyişiklik yalnız təhsil müəssisələrinin adlarında oldu, tədris və təhsilin kolleclərdə inkişafı baş vermədi, elə əvvəlki kimi zəif olaraq qaldı. Danılmaz faktdır ki, hazırda kolleclər əmək bazarının tələblərinə uyğun olan kadr hazırlığını həyata keçirə bilmir. Yəni, bu pilləni bitirənlər keyfiyyətli təhsil ala bilmədiklərinə görə sonradan işlə təmin olunmada ciddi problem yaşayırlar. İlkin nəzərə çarpan dəyişiklik o olacaq ki, əvvəllər kolleci bitirənlərin diplomuna kiçik mütəxəssis yazılıb. Ancaq indi yeni “Təhsil haqqında” qanuna uyğun olaraq, onlar “subbakalavr” olacaqlar. Bundan başqa bu dəyişiklik ali təhsilli mütəxəssislərə köməkçi hazırlamaq imkanı verəcək. Üçüncüsü, həmin mütəxəssisi dövlət az vəsait xərcləməklə yetişdirəcək. Əldə etdiyim məlumatlara görə, kolleci bitirən tələbələrə xüsusi güzəştlərin tətbiqi də nəzərdə tutulur. Məsələn, tələbə kolleci bitirəndən sonra təhsilini davam etdirmək istəsə, o, ali məktəbi 3 ilə bitirəcək. Bundan əlavə, subbakalavrın keçdiyi fənlərin kreditləri qəbul olduğu ali məktəbdə tanınarsa, onda o, qısaldılmış proqram əsasında yəni 4 ilə yox, 3 və ya 3,5 ilə tədrisini başa çatdıra bilər”.

Kamran Əsədov ile ilgili görsel sonucuKolleclərin Ali təhsil müəssisələrinin tərkibində olmasına gəlincə, bu istiqamətdə artıq işlərə başlanılıb:

“Bir müddət əvvəl Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı qərar verib. Uzun müddət müstəqil fəaliyyət göstərən 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib. Belə ki, Nazirlər Kabinetinin məlum qərarı ilə orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir sıra addımlar atılıb. Belə ki, Bakı Sosial Pedaqoji Kolleci “Bakı Humanitar Kolleci”nə, Bakı Kompüter Kolleci “Bakı İdarəetmə və Texnologiya Kolleci”nə, Şuşa Musiqi Kolleci “Şuşa Humanitar Kolleci”nə birləşdirilib. Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək, Gəncə Dövlət Regional Kolleci; Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək, Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək, Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb. Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. Bunlarla yanaşı, Kooperasiya və Odlar Yurdu universitetlərinin tərkibində eyniadlı kolleclər də fəaliyyət göstərir. Hesab edirəm ki, onların fəaliyyəti təhlil edilsə, yeniliyin effektivliyi daha çox olar”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."