!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Türkiyəyə 100 min dollar yardım edib

!Reklam – Yazi

tur-aze_bayraqlarAzərbaycan xalqı adından Türkiyədə dövlət çevrilişi cəhdi zamanı yaralananların müalicəsi üçün 100 min dollar məbləğində vəsait çatdırılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, hacı Allahşükür Paşazadə Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanla görüşdə bildirib.

A.Paşazadə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin Azərbaycanda ciddi narahatlıqla qarşılandığını söyləyib. Prezident İlham Əliyevin Türkiyə xalqı və dövlətinin yanında olması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi barədə ətraflı məlumat verib.

QMİ sədri 15 iyul hadisələri zamanı şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

O, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini, xalqımıza qarşı ermənilər tərəfindən dəfələrlə ağır terror aktları törədildiyini diqqətə çatdırıb.

Yüksək diqqət və qayğıya, göstərilən yardıma görə minnətdarlığını bildirən İsmayıl Qəhrəman Prezident İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammitdə “Türkiyə nümayəndələri burada yoxdur, ancaq mən buradayam” deyərək Ermənistan prezidentinin böhtan dolu çıxışına layiqli cavab verməsinin əsl qardaşlıq nümunəsi olduğunu və əbədi olaraq Türkiyə xalqının yaddaşında qalacağını bildirib.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixinə dair maraqlı məqamlar xatırlanıb, əlaqələrimizin hazırkı vəziyyəti yüksək qiymətləndirilib.

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv