!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının konfransında təmsil olunur

!Reklam – Yazi

Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı işə başlayıb.

Yeniçağ.Az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfransdan əvvəl əlaqələndirici şuranın iclası keçirilib. İclasdan əvvəl isə Aydın Əliyev Türkiyə, Rusiya, İsrail, Latviya və MDB-nin üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Rusiya tərəfi ilə görüşdə iki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığın perspektivlərinə toxunulub. Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının “yaşıl dəhliz” vasitəsilə daşınmasının daha da sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Türkiyə, İsrail, Latviya və MDB-nin üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə görüşlərdə gömrük sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yeniçağ.Az

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv