!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan uşaq qidalarını istehsal etməyə hazır deyil" - EKSPERT

!Reklam – Yazi

“İndiki şəraitdə Azərbaycan uşaq qidalarını istehsal etməyə hazır deyil. Ona görə də ölkədə bu cür qidaların istehsalı yolverilməzdir”.

Bu sözləri Yeniçağ.az-a bir sıra ekspertlərin “Azərbaycanda uşaq qidaları istehsal olunmadır” fikirlərinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söylədi:

“Azərbaycanda uşaq qidalarından istifadə arzuolunmaz haldır. Körpəni ana südü ilə yedizdirməyin faiz göstəricisinə görə ölkəmiz hətta Mərkəzi Avropadan geridə qalır. Bu da çox narahatedici bir məsələdir. Ölkədə körpə qidaları harda və necə gəldi satılır. Bu da arzuolunan hal deyil. Ciddi promlemlərdən biri də doğum evlərində yeni dünyaya gələn uşaqlara həmin körpə qidalarının verilməsidir. Analar əksər hallarda uşaqlarını əmizdirməkdən imtina edirlər. Bir sözlə, südəmərlərin süni qidalanması Azərbaycan Respublikası qanununun əksinə olaraq qida distribüterləri ilə doğum evləri və pediatorların gizli əməkdaşlığının nəticəsidir. Ciddi fəsadlar törədə biləcək nöqsan və çatışmamazlıqlar olduğu bir zamanda Azərbaycan hazırda körpə qidalarını istehsal etməyə hazır deyil. Çünki adicə böyük insanlara aid olan qidalarda belə problemlər yaşanır. Ölkədə qida təhlükəsizliyi barədə qanun yoxdur.

Qidanın tərkibinin mütəmadi olaraq yoxlanılması üçün laboratoriyalar da mövcud deyil. Azərbaycan körpə qidalarının istehsalına başlayarsa, ondan zəhərlənmə halları da təəssüf ki, daha intensiv xarakter ala bilər. Ölkəmiz buna hazır deyil. Bütün bunları etmək üçün ölkədə normal qanunvericilik bazası olmalıdır. Yaradılacaq Qida Təhlükəsizliyi Agentliyi effektiv işləyərsə, hətta böyüklərə aid qidalarda ciddi dəyişiklik olarsa, ondan sonra uşaq qidalarının da ölkəmizdə istehsalı məsələsinə baxıla bilər. Yəni uşaq qidalarının istehsalına başlamazdan öncə çoxsaylı institusional dəyişikliklər olmalıdır”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv