!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan valyuta ehtiyatlarını qızılla saxlamalıdır - Ekspert rəyi

!Reklam – Yazi

Son zamanlar Çin, Qazaxıstan və Rusiya valyuta ehtiyatlarında qızılın payını artırmaq yolunu tutublar. Aydın məsələdir ki, burada başlıca məqsəd dollardan asılılığı minimuma endirməkdən ibarətdir. Azərbaycana gəldikdə, ölkəmizin valyuta ehtiyatları əsasən dollar və avro ilə saxlanılır. Burada qızılın payı olsa da, çox deyil. Amma mövcud situasiyadan asılı olaraq valyuta ehtiyatlarında qızılın çəkisini də artırmaq olar.

Görəsən, Azərbaycanın da bir sıra qonşu ölkələr kimi, anoloji addımlar atmasına ehtiyac varmı?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Azərbaycan geniş valyuta ehtiyatlarına malik olduğu halda, bu ehtiyatları qızılda saxlamağa üstünlük verməlidir. Bununla belə, həmsöhbətimizin fikrincə, hazırda ciddi ehtiyatlar olmadığından onun dollar və ya qızılla saxlanılması ətrafında müzakirə açmağa belə ehtiyac yoxdur:

“Çin, Qazaxıstan və Rusiya bir neçə dəfə birlikdə dolların təsir dairəsindən çıxaraq, müstəqil zona yaratmağa cəhd göstəriblər. Bu yolla da iqtisadiyyatlarını dolların təsir dairəsindən kənarda saxlamağa çalışıblar. Həmin adıçəkilən 3 ölkə bu cəhdin davamı olaraq, valyuta ehtiyatlarında qızılın payını artırmaq yolunu tutublar. Digər tərəfdən, indiki halda dünyada gedən proseslər fonunda istənilən valyutanın gözlənilmədən inflyasiya və iflasa uğraması ehtimalları da artıb. Bu təhlükə dollar, avro, funt sterlinq kimi dayanıqlı valyutaların da başının üstünü ala bilər. Hansı ölkədə böhran yaşanırsa, həmin dövlətin valyutasının istər-istəməz mövqeyi zəifləyəcək.

Azərbaycan da öz valyuta ehtiyatlarını sözsüz ki, daha çox qızılla saxlamağa üstünlük verməlidir. Çünki dünyada qızılın dəyər itirməsi prosesi valyutalarda anoloji halın baş verməsilə müqayisədə azmüddətli olur. Qızıl divident gətirməsə də, ən etibarlı dəfinədir. Son 5 ilə qədər səhmlər, daşınmaz əmlak daha səmərəli vasitə hesab olunurdu. Amma təcrübə göstərir ki, böhranlar nəticəsində daşınmaz əmlak və səhmlərə qoyulan vəsaitlər də ciddi dəyər itirir. Bununla belə məsələ ondadır ki, hazırkı anda Azərbaycanın qızılla saxlayacaq elə də geniş ehtiyatı yoxdur. Bu gün dollar və avroda olan ehtiyat vəsaitlərimiz əsasən, manatın saxlanılmasına qurban verildi. Belə görünür ki, Azərbaycan hökumətinin ehtiyat saxlamaq fikri yoxdur. Ona görə hesab edirəm ki, Azərbaycanda ehtiyatın dollar, avro, yaxud da qızılla saxlanılması məsələsinin müzakirəsi belə mənasızdır”.

ELÇİN

Yeniçağ.az

 

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv