Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Müəllif: Redaktor

Baş Redaktor

elmarnalbandyanHamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

APA-nın məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz “Twitter” səhifəsində yazıb. Dekabrın 8-də, axşam keçirilən görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutub.

Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüş faktını təsdiqləyib. O bildirib ki, dekabrın 8-də ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi olub: “Bundan əvvəl Ermənistan tərəfi hər vəchlə 2+3 formatında görüşlərdən qaçırdı, Fransa tərəfinin Hamburq görüşündən əvvəl irəli sürdüyü bu təklifə münasibət bildirmirdi. Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”.

Yenicag.az

Siyasət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti