www.sinerjipro.net

SinerjiProWide
Reklam

İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

Yeniçağ.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib. İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

İranda rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqan ilə görüşüb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə olunub.

Daha sonra İran Müdafiə Nazirliyinin binası qarşısında Z. Həsənovun da iştrak edəcəyi rəsmi bir mərasim də keçiriləcək.

Qeyd edək ki, Z. Həsənovun H. Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb. Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."