!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və İsrail aviasiya sahəsində razılıq əldə ediblər

!Reklam – Yazi

1387896402_bayraq12İsrail tərəfinin təklifi ilə dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan və İsrail aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Trend-ə verilən məlumata görə, danışıqlar zamanı tərəflər “Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında hava əlaqəsi haqqında Saziş” layihəsini razılaşdırıbar.

İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmiş və hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

Yeniçağ.Az

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv