Azərbaycan və Rusiya antiterror əməliyyatlarına başladı

Müəllif: Redaktor

Editor

491371Bu gün səhər saatlarından Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.

Yenicag.az report-a istinadən xəbər verir ki, bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.

Tədbir noyabrın 27-dək davam edəcək.

Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır