www.sinerjipro.net

SinerjiProWide
Reklam

31441Tullantıların arasından müxtəlif növ silah, qızıl əşyalar, müxtəlif sənədlər və digər dəyərli əşyaların tapılması sizə məlumdur.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, bu dəfə isə vətəndaş təxminən 4500 manatını zibilliyə atıb, amma xoşbəxtlikdən pul sahibinə geri qaytarılıb.

Belə ki, qurumdan verilən məlumata görə, bu dəfə vətəndaş E.Məmmədovun müraciəti əsasında və aparılmış araşdırmalar nəticəsində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun qəbul məntəqəsində vətəndaşa məxsus 4300 AZN və 200 ABŞ dolları (209 manat) məbləğində pul bağlaması aşkar olunmuş və aktlaşdırılaraq vətəndaşa qaytarılıb.

ASC vətəndaşlara diqqətli olmağı tövsiyyə edir və bildirir ki, xərclədiyimiz və xərcləmədiyimiz pulları tullantıya çevirməyək!

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."