yenicag.az

Azərbaycan vətəndaşı “donuz qrip“indən öldü

Azərbaycan vətəndaşı “donuz qrip“indən öldü

Müəllif: Redaktor

Editor

?????????????????????????????????????????????????????????

Rusiyanın Yamalo-Nenets Muxtar Vilayətinin Noyabrsk şəhərində pandemiya halı almış qrip virusu Azərbaycan vətəndaşının ölümünə səbəb olub.

Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 (“donuz qripi”) virusundan öldüyü ehtimal edilir.

Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 (“donuz qripi”) virusundan ölüm faktı qeydə alınıb.

Son 1 həftədə isə həmin ərazidə kəskin respirator virus infeksiyası səbəbi ilə xəstəxanalara müracitə edənlərin sayı artıb.

Kriminal, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti