Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nu özünün müdafiəçisi sayır

Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nu özünün müdafiəçisi sayır

Müəllif: resul

Editor

Azərbaycan vətəndaşlarının 21% NATO-nun qismində özünün müdafiəsini görür.

Bu barədə Trend Amerikanın “Gallup” şirkəti tərəfindən dərc edilmiş sorğunun nəticələrinə istinadən xəbər verir.

2016-cı ildə keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının 16 faizi NATO-nu təhlükə sayır, 44 faizi isə bu təşkilatı nə müdafiə nə, təhlükə mənbəyi hesab etmirlər.

Bundan əlavə, Gürcüstan vətəndaşlarının 37 faizi NATO-nu müdafiçi qismində, 8 faizi təhlükə qismində görürlər. Vətəndaşların 35 faizi isə təşkilatı nə müdafiəçi, nə də təhlükə hesab etmirlər.

Ermənistanda NATO-nu 8 faiz əhali özünün müdafiəçisi, 20 faiz isə təhlükə hesab edir. 38 faiz Ermənistan vətəndaşı təşkilatı nə müdafiəçi nə, təhlükə hesab etmirlər.

Qeyd edək ki, sorğu 2016-cı ildə telefon vasitəsi ilə keçirilib. Sorğuda hər ölkədən 15 yaşdan yuxarı 1000 nəfər iştirak edib.

Yeniçağ.Az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti