!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan XİN ABŞ-dakı terroru pislədi

!Reklam – Yazi

trend_mid_azerbaijan_mainAzərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

H. Hacıyev ötən gün ABŞ-ın Orlando şəhərində çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınadıqlarını deyib: “Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda terror aktı törədilib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv