!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan XİN başçısının müavini: "Bu o qədər də sadə proses deyil"

!Reklam – Yazi

“Sabah və o biri gün Bakıda Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar keçiriləcək. Danışıqlar iki istiqamət – birincisi, siyasi və təhlükəsizlik, ikincisi isə ticarət və investisiya məsələləri üzrə aparılacaq”.

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavi bildirib ki, ola bilsin, bu ayın sonuna kimi hansısa istiqamət üzrə video-konfrans da keçirilsin və iyulun birinci yarısına qədər müzakirələr davam etdirilsin.

“Danışıqlar gedir. Bilirsiniz ki, bu o qədər də sadə proses deyil. Hər tərəfin öz mövqeyi var və çalışmaq lazımdır ki, bu mövqeləri hədəfə çatdıraq. Bəzi maddələr artıq razılaşdırılıb, bəziləri isə hələ qalır. İşlər təzə başlayıb. Çalışmalıyıq ki, danışıqlar daha səmərəli keçsin”, – deyə o qeyd edib.

M. Məmmədquliyev hesab edir ki, danışıqları bu ilin noyabrında Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qədər yekunlaşdırmaq mümkün olmayacaq:

“Çünki danışıqlar yeni başlayıb, sazişin əhəmiyyəti isə çox böyükdür. Onun hər bir maddəsi tərəflər üçün vacibdir. Ona görə inanmıram ki, noyabr ayına qədər danışıqları bitirək. Söhbət vaxtdan getmir. Biz istəyirik ki, əməkdaşlıq sənədinin keyfiyyəti yüksək olsun”.(APA)

Yenicag.az

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv