!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan XİN-i Bordyujaya niyə qorxaq reaksiya verdi? – “Persona non qrata” elan edilsin

!Reklam – Yazi

15782704_848343865308918_170725976_nKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın “DQR”-ə qarşı təxribat” ifadəsinə rəsmi Bakının yumşaq reaksiyası narazılıq doğurub.

Yeniçağ.Az xəbər verir ki, dünən Ermənistan-Azərbaycan sərhədində yaranan hərbi gərginliyi şərh edən KTMT-nin baş katibi Nikolay Bordyuja qondarma “DQR”-ə qarşı “təxribat”dan narahatlığını bildirib. KTMT-nin baş katibi qismində dəfələrlə ermənipərəst bəyanatlarla çıxış edən N.Bordyuja artıq bütün çərçivələri aşaraq, separatçı qurumu müstəqil subyekt kimi təqdim edib və onun müdafiəsinə qalxıb.

KTMT-yə rəhbərlik edən Rusiya generalının bu mövqeyini Yeniçağ.Az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın həmin şəxsi dərhal “Persona non qrata” elan etməsinin vacibliyini deyib:

“Biz Bordyujanın timsalında rus həyasızlığının növbəti nümunəsinin şahidi olduq. Görünür, o, yeni il qabağı erməni konyakından içib kefini açaraq, onlara xoş gəlməyə çalışıb. Səlahiyyətləri çoxdan başa çatmış Bordyujanın dəfələrlə Azərbaycan əleyhinə mövqe bildirdiyini nəzərə alsaq, onun belə danışması təəccüb doğurmur. Üzeyir Cəfərov ile ilgili görsel sonucuAzərbaycan müdafiə nazirinin keçmiş müavini Çingiz Məmmədovun Bordyujanın dediklərinə çox ürkək formada münasibət bildirməsi də məyusluq doğurur. O cümlədən, Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə kəskin reaksiya verməkdənsə, ehtiyatlı bəyanatla kifayətlənib. Əslində, hörmətli Elmar Məmmədyarov KTMT üzvü olan MDB ölkələrinə – Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstana rəsmi sorğu göndərərək, izahat tələb etməli idi. O cümlədən, ATƏT sədrinin rəsmi nümayəndəsi Anjey Kaspşiklə bağlı da ölçü götürülməlidir.

Bilirsiniz ki, dünən sərhəddə Ermənistan növbəti təxribatı törədib və cavabını alıb. Məlumdur ki, hərb praktikasında hücum edən tərəf müdafiə olunandan daha çox itki verir. Ermənistan üç hərbçisini itirdiyini rəsmən etiraf edirsə, bu fakt məsələyə aydınlıq gətirir. Ancaq özlərini vasitəçi adlandıran tərəflər yenə məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışırlar. Açıq demək lazımdır ki, ATƏT-in Minsk qrupu, onun həmsədrləri birmənalı olaraq Ermənistanı dəstəkləyirlər, onların Qarabağ münaqişəsinin ədalətli həllinə çalışacaqları əsla gözlənilmir. Ona görə də, Azərbaycan Minsk qrupundan imtina etməli və öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımları atmalıdır”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv