yenicag.az

Azərbaycan XİN rəhbəri: “Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərinə səfərləri tanımırıq”

Azərbaycan XİN rəhbəri: “Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərinə səfərləri tanımırıq”

Müəllif: resul

Editor

memmedyarov“Azərbaycan Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərinə edilən səfərləri birmənalı olaraq tanımır”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında bildirilib.

Nazir xatırladıb ki, GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur: “Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu real siyasətdir”.

Nazir deyib ki, beynəlxalq təşkilatın GUAM kimi regional qurumla əməkdaşlıq etməsi çox vacibdir: “Təbii ki, bu sevindirici haldır. Biz bu məsələləri müzakirə edəcəyik və daha sonra Katiblik müvafiq “yol xəritəsi” hazırlayacaq. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı və digər qurumları ilə əməkdaşlıq həyata keçirilir. Biz Hamburqda da məsələ qaldırdıq ki, tək miqrantlar məsələsi yox, məcburi köçkün və qaçqın məsələsi də bəyanatlara salınsın”.

E. Məmmədyarov qeyd edib ki, GUAM ölkələri arasında enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikulturalizm məsələləri böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. Bilirsiniz ki, BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Çünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşirik. Bununla bağlı birgə bəyanat vermişik. Bu gün ev sahibliyi etdiyimiz sessiyada da məcburi köçkünlərlə bağlı xüsusi bəyanat verəcəyik. Hesab edirəm ki, bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir”.

Yenicag.az

Siyasət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti